Mikayıl Cabbarov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb

2 İyul 2013 11:29 (UTC+04:00)

İyulun 1-də təhsil naziri Mikayıl Cabbarov Dünya Bankının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.


Təhsil nazirliyindən Mövqe.az-a verilən məlumata görə, görüşdə Dünya Bankının İnsan İnkişafı üzrə Cənubi Qafqaz ölkələrində sektor əlaqələndiricisi xanım Meskerem Mulatu və Dünya Bankının Azərbaycandakı nümayəndəsi xanım Larisa Leşenko iştirak ediblər.


Görüş zamanı Dünya Bankı tərəfindən Azərbaycanda təhsil sahəsində aparılan islahatlar, cari və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.