Bakıda mağaza yanıb

29 Fevral 2020 09:08 (UTC+04:00)

Bakı şəhərinin Suraxanı rayonunda mağaza yanıb.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 25 m² olan mağazanın yanar konstruksiyaları 10 m² sahədə yanıb. Yüksək temperaturdan mağazanın lambirindən ibarət tavanı 25 m² sahədə əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.