Apple Yaponiyada iWatch patenti üçün müraciət edib

2 İyul 2013 15:35 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Apple Yaponiyada iWatch patenti üçün müraciət edib. Doğru olub olmadığı uzun müddətdir müzakirə edilən iWatch haqqında ilk dəqiq məlumat gəlib. Apple-in iWatch adı üçün Yaponiyada patent müraciətində olduğu öyrənilib. Google-ın hələ bazara çıxarmadığı ağıllı gözlüyü Google Glass-ı inkişaf etdirməsinin ardınca Apple-ın da geyilə bilən texnologiyaya yönəldiyi və iOS əməliyyat sistemiylə  ağıllı saat və ya bilərzik üzərində çalışdığı söz-söhbətləri ortaya çıxmışdı.