Braziliyadakı etirazlar səngimək bilmir

2 İyul 2013 15:59 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Braziliyanın Rio da Janeiro şəhərində Braziliya və İspaniya arasında oynanan Konfederasiya Kuboku finalı qarşılaşması əsnasında etirazçılar və polis arasında qarşıdurma yaranıb. Təhlükəsizlik qüvvələri Braziliyanın 3-0 qələbəsi ilə nəticələnən matçın oynandığı Maracana stadionu yaxınlığında toplanan aktivistləri dağıtmaq üçün göz gözyaşardıcı qaz istifadə edib. Bir ay əvvəl kütləvi nəqliyyat ödənişlərində edilən artımı protestoyla başlayan tədbirlər, qısa müddətdə digər mövzuları da əhatə edib. Aktivistlər gələn il təşkil ediləcək Dünya Kuboku üçün edilən xərclərə etiraz edib və korrupsiya, təhsil, səhiyyə və kütləvi nəqliyyat xidmətlərinin təkmilləşdirilməsini istəyib. Marakanadakı protestodan əvvəl də bəzi etirazçılar, Riodakı Braziliya Futbol Federasiyasının binasına girməyə çalışıb.