Siemens və Nokia ortaqlığına son qoyuldu

2 İyul 2013 17:44 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Siemens mobil telefonu istehsalçısı Nokia ilə bundan 5 il əvvəl qurduğu ortaqlığına son qoyub.  NSN-dəki hissələrini 1 milyard 700 milyon avro qarşılığında təhvil verib. Siemens və Nokia 2007-ci ilin Aprel ayında qısaca NSN olaraq bilinən Nokia Siemens Networks ortaq şirkətini qurmuşdular. Sabit və mobil telefon infrastrukturu xidməti verən NSN-in müştəriləri arasında Deutsche Telekom, Vodafone, O2 və E-Plus da var. Siemens və Nokia rəhbərlikləri NSN-i sata bilmək üçün bir müddət müxtəlif şirkətlərlə görüşmüş, ancaq satış cəhdinin müvəffəqiyyətsizliklə nəticələnməsi ilə 2011-ci ildə NSN ortaqlığının davam edəcəyini açıqlamışdı.