"Plants vs. Zombies 2" oyunu gəlir

2 İyul 2013 18:31 (UTC+04:00)

Bu oyunda, öz bağçanıza davamlı nəzarət edərək, bitkilərinizin köməyiylə zombi hücumlarını aradan qaldırmağa çalışmalısınız. Movqe.Az-ın məlumatına görə, əgər zombilərdən bir dənəsi belə bu müdafiəni aşıb evə girsə, sizi tutur və oyun sona çatır. Oyunda Maykl Ceksonun "Thriller" klipinə göndərmə də var, həqiqətən, əyləncə və sürprizlərlə dolu bir oyundur. "PopCap", "Plants vs. Zombies 2"-nin hazırlayacağını bildirmişdi, əlimizdə bir çıxış tarixi də var idi, amma bir az təxirə salma söz mövzusu olub. Əvvəl 18 iyul olaraq planlanan çıxış, oyundakı inkişaf və tənzimləmə əməliyyatlarının çoxluğu səbəbiylə yayın sonuna hazır olacaq. "Plants vs. Zombies 2", iOS əməliyyat sisteminə sahib cihazlar "iPhone", "iPad" və "iPod Touch" üçün pulsuz olaraq endirilməyə təqdim ediləcək, oyunlar içində də pullu satışları olacaq. Təbii iOS platformalarından sonra digər platformalar üçün də çıxacaq. Hətta başqa platformalar üçün başqa oyun modlarının edildiyi belə deyilir.