Xatirə İslam toyuna etibar etdiyi jurnalistləri dəvət edəcək

11 May 2012 15:50 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, bu gün məşhur müğənni Xatirə İslamın nişan mərasimidir. Hazırda müğənninin özü ilə əlaqə saxlayıb nişanlanması haqqında soruşduq. Müğənni xoş hadisəni təsdiqlədi, amma nişanlanacğı şəxsin kimliyini gizli saxladı. X.İslam, həmin şəxs rəsmi olaraq, dövlət struktururunda çalışdığını və bu səbədən də onun adını açıqlamadığını bildirdi.

X.İslam onu da qeyd etdi ki, toy mərasimi tez bir zamanda olacaq və o, etibar etdiyi jurnalistləri dəvət edəcək.