Azərbaycan UEFA-nın əmsallar cədvəlində 31-ci pilləyə yüksəlib

3 İyul 2013 16:59 (UTC+04:00)

UEFA-nın avrokuboklar üçün əmsallar cədvəli açıqlanıb.


Apasport.az saytının məlumatına görə, 2013/14 mövsümündə ilk dəfə açıqlanan siyahıda ciddi dəyişikliklər olmayıb.


İyulun 2-də baş tutan Çempionlar Liqasının 2, Avropa Liqasının 4 oyununun əksini tapdığı cədvəldə Azərbaycan irəliləyişə nail olub. Belə ki, mövsümün startı ərəfəsində 32-ci olan ölkəmiz 1 pillə irəliləyərək bizim üçün görünməmiş mövqeyə - 31-ci yerə yüksəlib.


Bu uğur "Xəzər Lənkəran" və "Qarabağ"ın Avropa Liqasının I təsnifat mərhələsində keçirdikləri ilk oyunların nəticələri hesabına mümkün olub. Lənkəranlılar Maltada "Slima" ilə heç-heçə etməklə Azərbaycanın hesabına 0,125 xal əlavə edib. Makedoniyada "Metallurq" (Skopye) üzərində 1:0 hesablı qələbə qazanan "Qarabağ" isə aktivimizə 0,250 xal gətirib.


Əldə olunan bu 0,375 xal sayəsində ölkəmizin əmsalı 8,250-yə çatıb. Belə irəliləyiş sayəsində Gürcüstanı arxada qoyan Azərbaycan 31-ci pilləyə yüksəlib. Artıq 4-cü "onluğ"un ilk sırasında olan ölkəmiz ilk "30-luğ"a da iddia edir. 30-cu olan Sloveniyadan cəmi 0,125 xal geridə olduğumuzdan cəmi 1 heç-heçə balkanlılara çatmağa imkan verir. Təbii ki, sloveniyalılarla müqayisədə artıq əldə olunacaq heç-heçə sayəsində mümkün olacaq.


 

...25

Norveç

11.675

26

Serbiya

11.625

27

Macarıstan

10.750

28

Bolqarıstan

10.000

29

Slovakiya

9.375

30

Sloveniya

8.375

31

Azərbaycan

8.250

32

Gürcüstan

8.000

33

Moldova

7.000

34

Finlandiya

6.675

35...

Bosniya Herseqovina

6.000