27 ildir itkin düşən qadının cəsədi tapıldı

3 İyul 2013 17:47 (UTC+04:00)

ABŞ-ın Nyu York əyalətində 1985-ci ildə haqqında itdi elanı verilən qadının skeleti evinin zirzəmisindən tapılıb. Movqe.Az-ın məlumatına görə, cəsəd keçən dekabr ayında qonşularının 4 gün ərzində görə bilmədikləri əri Ceyms Nikols üçün polisə müraciət etmələri nəticəsində tapılıb. Əyalət polisi əvvəl "Poughkeepsie" qəsəbəsində yaşayan 82 yaşlı ər Nikolsu evində ölmüş vəziyyətdə tapıblar. Ancaq hadisənin ardı Nikolsun qaldığı evin təmizlənməsi və təmiri əsnasında işçilərin evin zirzəmisində edilən uçuq-sökük bir divar arxasında ağzı bağlı paket içində bir insan skeleti tapması ilə ortaya çıxıb. Hadisəyə əl qoyan polis, cəsəd üzərində etdiyi araşdırmada sümüklərin 27 il əvvəl haqqında itkin elanı verilən ibtidai məktəb müəllimi Coan Nikolsa aid olduğunu təsbit edib. Nikolsun başından aldığı zərbə nəticəsində öldüyü təyin olunub. İstintaqın hələ tam olaraq aydınlaşmadığını bildirən polis məmuru Paul Lekomte, Ceyms Nikols haqqında hələ sual işarələri olduğunu söyləyib.