Avtomobilini şalvarına uyğunlaşdırdı

3 İyul 2013 18:00 (UTC+04:00)

Tez-tez leopard naxışlı şalvar və köynəklər geyən 19 yaşındakı kanadalı müğənni Castin Bieber, paltarlarına uyğun gəlsin deyə 190 min dollarlıq "Audi R8"ini leopard rəngi ilə örtüb. Movqe.Az-ın xəbərinə görə, avtomobillərə düşkünlüyü və sürət ehtirasıyla tanınan Bieber, ABŞ-ın Los Anceles şəhərində leopard naxışlı avtomobili ilə görüntülənib. 100 milyon dollarlıq sərvəti olan Castin Bieber, son zamanlardakı davranışları səbəbiylə insanların reaksiyasını çəkir. Sevgilisi Selena Qomezdən ayrıldıqdan sonra hər konsertə gecikən, davamlı hadisə yaradan Bieber keçdiyimiz həftələrdə bir jurnalistə də dəyərək qaçıb.