“Lider” telekanalının yayımı dayandırılıb

11 Mart 2020 09:30 (UTC+04:00)
Azərbaycanda "Lider" telekanalının yayımı dayandırılıb. Trend xəbər verir ki, saat 22:01-də "Gecənin sehri" adlı veriliş başlayandan sonra efir yarıda kəsilib. Telekanalın yayımı hazırda işlək deyil. Kəsinti ilə bağlı təfərrüatlar hələlik dəqiqləşməyib. Qeyd edək ki, Ədalət Əliyevin rəhbərlik etdiyi "Lider" telekanalı 2000-ci ildən fəaliyyət göstərir.