"Özümü heç bu qədər seksual hiss etməmişdim" - FOTOLAR

3 İyul 2013 18:25 (UTC+04:00)

Məşhur aktrisa Nikol Kidman, məşhur ayaqqabı markası "Jimmy Choo"nun yeni üzü olub. Movqe.Az-ın məlumatına görə, 46 yaşındakı aktrisa, qırmızı rəngə boyayıb kəsdirdiyi saçlarıyla markanın qısa reklam filmi üçün kameralar qarşısına keçib və yeni görünüşüylə ilk dəfə pərəstişkarlarının qarşısına çıxmış olub. Son olaraq "Grace of Monaco" filmində əfsanəvi aktrisa Qreys Kellinin canlandıran Kidman, yenilədiyi imiciylə aktrisalıq kariyerasında yeni bir səhifə açmağı hədəfləyir. İmic dəyişikliyiylə əlaqədar "Heç olmadığım qədər seksual hiss edirəm özümü" deyən Kidman, gəncliyində görünüşü ilə bağlı çox həssas olduğunu, ancaq illər keçdikcə özüylə barışdığını etiraf edib. 2002-ci ildə "Oscar" mükafatı qazanan Kidman, hədəfinin bu müvəffəqiyyəti təkrarlamaq olduğunu sözlərinə əlavə edib.