İsveçli tərəfdarlar mübahisə etdi

3 İyul 2013 20:58 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, İsveçli futbol klublarının tərəfdarlarından ibarət iki dəstə, Danimarkada mübahisə aparıb. Əlbəyaxa dalaşan üzvlərin maraqlı döyüşü saniyəsinə kimi kameraya əks olunub. Hadisə, Danimarkanın İsveç sərhədinə yaxın çöl bir bölgəsində meydana gəlib. İsveç klubları Göteborg (GAIS) və Helsinborgsun tərəfdarları, əvvəldən təyin olunan bir qəsəbə yolu üzərində görüşüb. Vasitələriylə gəldikləri bölgədə döyüş mövqeyi alan tərəfdarlar, qışqıraraq bir-birlərinə yaxınlaşdıqdan sonra döyüşməyə başlayıb.  Döyüşün sonuna doğru bir dəstənin geri çəkilməsi ilə döyüş sona çatıb. İki rəqib tərəfdarların heç nə olmamış kimi yaralıların çəkilməsinə kömək etmələri diqqət çəkib. Polis səlahiyyətliləri, bənzər tərəfdar döyüşlərinin çöl bölgələrdə sıxlıqla reallaşdığını bildirib.