ABŞ Konqresinin nümayəndə heyəti Azərbaycan gəlib

3 İyul 2013 18:28 (UTC+04:00)

ABŞ konqresmenlərindən və senatorlarından ibarət heyət Azərbaycana səfərə gəlib.


ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə senatorlar Rocer Uiker və Maykl Krappo, konqresmenlər Kristofer Smit, Robert Aderfolt, Dok Xastinqs daxildir. Tanışlıq xarakteri daşıyan səfər çərçivəsində heyət üzvləri rəsmi şəxslər və vətəndaş cəmiyyətini nümayəndələri ilə görüşəcəklər. Səfər sabah başa çatacaq. Qeyd edək ki, heyətə senator Rocer Uiker rəhbərlik edir.