Bakıda "Yazz!" Festivalı ləğv edildi

12 Mart 2020 12:17 (UTC+04:00)

Martın 19-29-da İçərişəhərdə keçiriləcək "Yazz!" Festivalı ləğv edilib.

Bu barədə Mövqe.az “İçərişəhər” DTMQ Mətbuat Xidmətinə istinadən məlumat verir.

Məlumatda qeyd edilir ki, COVİD-19 (koronavirus) virusuna qarşı ölkəmizdə aparılan müvafiq profilaktik tədbirlərin gücləndirilməsi çərçivəsində Nazirlər Kabineti yanında operativ qərargahın 10 mart 2020-ci il tarixli məlumatı və tövsiyələrinə əsasən İçərişəhərdə 19-29 mart tarixlərində planlaşdırılan ənənəvi Novruz tədbirləri ləğv edilir.