Misirin müdafiə naziri Əbdülfətah əl-Sissi Qahirədə verdiyi açıqlamada Məhəmməd Mursinin daha prezident olmadığını və onun səlahiyyətlərinin Konstitutsiya Məhkəməsinin rəhbərinə həvalə edildiyini elan edib. Son xəbərlərə əsasən hərbi qüvvələr Müsəlman Qardaşlarınınaparıcıliderlərini həbsetməyə başlayıblar.
Açıqlamadan az sonra Təhrir meydanına toplaşmış nəhəng izdiham
bayram etməyə başlayıb. Mursi əleyhdarları prezidentin devrilməsini
atəşfəşanlıqla qeyd ediblər.
Hərbçilərin verdiyi bəyanata əsasən Ədli Mənsur Misirin müvəqqəti
dövlət başçısı olacaq.
"Prezident xalqın məqsədlərinə nail olmadı," deyən cənab əl-Sissi
həmçinin Konstitutsiyanın icraatının müvəqqəti olaraq
dayandırldığını bəyan edib.
Müdafiə naziri bəyanat verərkən onun yanında generallar və Misirin
müxtəlif dini liderləri əyləşiblər.
Məhəmməd Mursinin təmsil etdiyi Müsəlman Qardaşları yaydıqları
bəyanatda "milyonlarla adamın çevrilişi pislədiyini və prezidentin
legitimliyini dəstəklədiyini" bildirib. Qurum baş verənləri "sabiq
rejimin geri qayıtması" kimi təsvir edib.
Müxalifət lideri Məhəmməd əlBaradei hərbçilərin atdıqları addımın
"Misir xalqının arzularına uyğun olduğunu" söyləyib. O, erkən
prezident seçkilərinin keçiriləcəyinə ümid bəslədiyini deyib.
Misirin ilk demokratik seçkilərdə seçilmiş prezidentini hərbi
qüvvələr Məhəmməd Mursi səlahiyyətləri paylaşmaqdan imtina etdikdən
və verilən ultimatuma məhəl qoymadıqdan sonra deviriblər.
Ötən bir neçə gündə bütün ölkə boyu nəhəng nümayişlər Misirdə
siyasi gərginliyi yüksək həddə çatdırıb.
Hərbçilərin Mursiyə verdikləri 48 saatlıq ultimatum bitər-bitməz,
əsgərlər paytaxt boyu əsas binaları nəzarət altına alıblar.
Dövlətə məxsusƏl-Əhramqəzetinin yazdığına görə "Misir
Silahlı Qüvvələrin Ali Komandanlığı yerli vaxtla axşam saat 7-də
Məhəmməd Mursiyə onun artıq respublikaya prezident olmadığını
söyləyib."
Bu gün Misir boyu baş verən zorakılıqlarda azı 8 adam ölmüş,
yüzlərlə adam yaralanmışdır.