Azərbaycanda qardaş-qardaşı kompüterə görə öldürdü

4 İyul 2013 11:15 (UTC+04:00)
Xaçmaz rayonunda dəhşətli qətl hadisəsi baş verib. 


Xaçmaz rayonu, Hülövlü kənd sakini, 17 yaşlı Tamerlan Nizamov iyulun 3-də axşam saatlarında 14 yaşlı qardaşı Nizam Nizamova 5 bıçaq zərbəsi vurub. N. Nizamov hadisə nəticəsində dünyasını dəyişib. Mübahisə edən övladlarını ayırmağa çalışan 68 yaşlı Eynulla Nizamov da əlindən bıçaq zərbəsi alıb. E. Nizamova Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında ilkin yardım göstərildikdən sonra o, ambulator müalicəyə buraxılıb. 

Qohumlarının verdiyi məlumata görə, qardaşlar arasında mübahisə kompyuter oyunu üstündə yaranıb. Hər iki qardaşın 2-ci qrup əlil və ruhi xəstə kimi qeydiyyatda olduğu bildirilir. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırma aparılır. (APA)