Bakıda ər arvadını öldürüb

4 İyul 2013 11:18 (UTC+04:00)

Bakıda ər arvadını qətlə yetirib...


Binəqədi Rayon Prokurorluğundan Mövqe.az-a verilən məlumata görə, hadisə 28 May qəsəbəsi, ev-54 ünvanında qeydə alınıb. 1962-ci il təvəllüdlü Babagül Məmmədəliyev ailə münaqişəsi zəminində həyat yoldaşı, 1962-ci il təvəllüdlü Xalidəni bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən B. Məmmədəliyev tutulub.