47 yaşlı kişi özünü doğradı

4 İyul 2013 11:59 (UTC+04:00)
Bu gecə saat 02:03 radələrində Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində 47 yaşlı kişi özünü əzabla öldürüb. Rayon Polis İdarəsinin 10-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Niftəliyev küçəsi 1, mənzil 83 ünvanında yaşayan 1966-cı il təvəllüdlü Şahin Vəli oğlu Vəliyev özünü doğrayıb. 47 yaşlı kişi bir neçə yerdən damarlarını kəsib. Hadisə yerinə polis və təcili yardım çağırılıb. Lakin həkimlər gələnə qədər Şahin Vəliyev ölüb. İlkin araşdırmalar zamanı onun evdə ailə münaqişəsi zəminində özünə qəsd etdiyi bildirilir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.