Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımova Şəkidə konsert verib

4 İyul 2013 14:24 (UTC+04:00)

Xanəndənin mətbuat katibi Səadət Möhübovanın APA-ya verdiyi məlumata görə, İpək Yolu" IV Beynəlxalq musiqi festivalı çərçivəsində Şəki xan sarayının həyətində verilən konsertdə xanəndələri tarzən Zəki Vəliyev, kamança ifaçısı Rauf İslamov, balabançı Rəfael Əsgərov və nağaraçı Cavidan Nəbiyev müşayiət edib.

 

S.Möhübova konsertin sonunda şəhər icra hakimiyyəti adından xanəndəyə və qızına festivalla bağlı xatirə hədiyyələri təqdim olunduğunu vurğulayıb.