ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirib

4 İyul 2013 15:26 (UTC+04:00)

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 4-də Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kəndinin cənubundakı təmas xəttində monitorinq keçirilib.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.

 

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, səhra köməkçiləri Yevgeniy Şarov və Uilyam Prayor, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Xristo Xristov keçiriblər.