Polis "Eurovision"a hazırlaşır

11 May 2012 18:02 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Azərbaycan polisi "Eurovision"la əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

APA-nın məlumatına görə, Bakının mərkəzi hissələrində, hotel və mehmanxanalar, istirahət mərkəzləri də daxil olmaqla insanların gur toplaşdığı ərazilərdə polis naryadlarının sayı artırılıb, təhlükəsizlik tədbirləri gücləndirilib.

Bu barədə APA-nın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar paytaxtda ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının etibarlı qorunması, müvafiq tədbirlər planlarından irəli gələn vəzifələrin icrasının tam təmin edilməsi məqsədilə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı sərəncamla DİN-in orqan v