Qobuda qadın əri tərəfindən bıçaqlandı

17 Mart 2020 09:35 (UTC+04:00)

Abşeron rayonunda qadın bıçaqlanıb.

Mövqe.az-ın məlumatına görə, hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb.

Beyləqan rayon sakini, 1985-ci il təvəllüdlü Vüsal Məmmədov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1991-ci il təvəllüdlü Günel Məmmmədovanı bıçaqlayıb.

Qadın xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.