Bakıda daş karxanasında sürücü qətlə yetirildi

17 Mart 2020 11:16 (UTC+04:00)

Bakıda qətl hadisəsi baş verib.

Mövqe.az-ın xəbərinə görə, hadisə Qaradağ rayonunun Korgöz qəsəbəsində yerləşən daş karxanasında qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslər Ağdaş rayon sakini, 1968-ci il təvəllüdlü Əziz Qurbanovu qətlə yetirib. Onun meyiti idarə etdiyi “KamAZ” markalı yük maşınının yanında tapılıb.

Faktla bağlı araşdırma aparılır.