İlham Əliyev ABŞ Senatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

4 İyul 2013 16:53 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də ABŞ Senatoru, Silahlı Qüvvələr üzrə komitənin üzvü Rocer Uikerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


Mövqe.az-ın məlumatına görə, görüşdə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığımızın genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub.


ABŞ Senatoru, Silahlı Qüvvələr üzrə komitənin üzvü Rocer Uikerin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin uğurla inkişaf edən əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub. Söhbət zamanı Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə daha da inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Sonda xatirə şəkli çəkdirilib.