Mağazada qəribə oğurluq

4 İyul 2013 17:17 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Tiffany & Co. 'Da məhsul inkişaf etdirmədən cavabdeh Ingrid Lederhaas-Okunun şirkətin Nyu Yorkdakı mağazasından 2011 Yanvar-2013 Fevral ayları arasında 1.3 milyon dollar dəyərində ləl-cəvahirat oğurladığı iddia edilir. FBI agentləri, ötən gün ləl-cəvahirat bilərzik, üzüyün aralarında olduğu 164 parçanı oğurlamaqla günahlandırılan Okunun Konnektikutdakı evinə basqın təşkil edib. Polis, Okunun fevral ayında işdən çıxarılmasının ardınca şirkətdən 164 parçanın itkin olduğunu təsbit etdiyini və istintaq açıldığını söyləyib. Nəzarətə alınan daha sonra 200 min dollar pul cəzası ilə sərbəst qalan Okun, təqsirkar  tapılsa da 20 il həbs cəzasıyla üzləşib.