Bakıda ən möhtəşəm aktyorluq kurslarına ərizə qəbulu başlandı-ÖZƏL

4 İyul 2013 17:24 (UTC+04:00)

Mövqe.az-ın məlumatına görə son zamanlar ölkəmizdə  bir çox serialların və bədii filimlərin sürətli çəkilişlərinin başlanması ilə əlaqədar aktyorlara tələbat artıb. Bununla əlaqədar olaraq "Diamond Organization & Agency" və "Bakı Film İnstitutu"nun təşəbbüsü ilə təşkil olunan aktyorluq kurslarına ərizə qəbulu başlayır. Kursların keçirilməsində məqsəd kino üçün güclü aktyor bazası yaratmaqdır. Bizə bu haqda "Diamond Organization & Agency"nin direktoru təşkilatçı Aqil Məmiyev bildirib: "Aktyorluq kursu 3 ay davam edəcək. Kurs ərzində aktyor plastikasi kamera qarşısında oyun, fotosesiyalar, səs məşqləri və s. kimi dərslər öyrədilir. Dərslər həftədə iki dəfə, yalnız peşəkar kadrların mühazirələri və dərsləri keçiriləcək.Tələbələrin portfoliyası hazırlanaraq istehsalata buraxılan serial və bədii filmlərərə göndəriləcək. Aktyor kursunun rəhbəri tanınmış aktyor Qurban Məsimovdur". 

A. Məmiyev daha sonra bildirib ki, aktyorluqla yanaşı kinoprodüser və kinorejisor dərsləri də, keçiriləcək.Qeyd edək ki, dərslər Baki Film İnstutunda keçilir.


Qeyd edək ki, artıq kursların ərizə qəbuluna başlanılıb. Öz gələcəyini kinoda görmək və kino karyerasında uğur qazanmaq istəyənlər bu fürsətdən yararlana bilərlər. Kursun sonunda tələbələrə " Bakı Film İnstitunun" və " Cinema Gənc Kinematoqrafçılar Mərkəzi"nin diplomu verilir.


Əlaqə: (050) 535-38-45 ; (055) 939-08-41