Samirə Əfəndi REKORD QIRDI: "İzaholunmaz duyğudur" - VİDEO

17 Mart 2020 23:21 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək Samirə Əfəndinin klipi və mahnısı təqdim olunub.

Mövqe.az xəbər verir ki, "Cleopatra" adlı ekran işi müsabiqənin rəsmi yutub səhifəsinə yerləşdirilib. Mahnı cəmi 7 gün ərzində 2 milyondan çox baxış sayı toplayaraq izlənmə rekordu qırıb.

İfaçı sevinc duyğularını instaqramda paylaşıb: "Bu soyuq və küləkli gündə isti xəbər! 2 milyon baxışa çatdıq. Hamınıza təşəkkür edirəm! Bu, izaholunmaz duyğudur!"