Nikotin asılısı

4 İyul 2013 18:29 (UTC+04:00)

Çilinin Atacama çölündə olan mumiyaların saçlarını analiz edən elm insanları, antik zamanlarda bölgədə yaşamış olan insanların ən az 1500 il boyunca nikotin asılısı olduğunu təsbit ediblər. Movqe.Az-ın məlumatına görə, dünyanın ən quraq bölgələrindən biri olan Atacama çölündə olan San-Pedro şəhərində qazıntı edən elm insanları, ortaya çıxarılan mumiyalar üzərində edilən təhlillərdə maraqlı məlumatlar aşkar ediblər. Araşdırmalar, bölgədə yaşamış insanların M.Ö 100 və M.S 1450 illəri arasında nikotin asılısı olduğunu göstəriblər.