Diqqət! "Facebook" və "Google" bu statusları QADAGAĞAN ETDİ

18 Mart 2020 20:50 (UTC+04:00)

Çində ortaya çıxan və qlobal bir epidemiyaya çevrilən koronavirus səbəbiylə bir çox istehsalçı xüsusən də maska qiymətlərini xeyli artıraraq böhranı bir fürsətə çevirib.

Mövqe.az xəbər verir ki, koronavirusun yayılması ilə əlaqədar narahatlıqların artması fonunda, ''Facebook'' və ''Google'', öz platformalarında tibbi üz maskaları satan istehsalçıların reklamlarını qadağan edib.

İstifadəçilərin qorunması üçün belə bir qərar verdiklərini izah edən Google rəsmiləri bildiriblər ki, "Koronavirusa qarşı çox həssasıq və bütün tibbi maska reklamlarını silmək qərarına gəldik. Vəziyyəti izləyirik və istifadəçiləri qorumaq üçün lazımi tədbirlər almağa davam edəcəyik''.

Analoji vəziyyət facebook platformasında da mümkün deyil. Sosial şəbəkədə artıq bütün tibbi maska satan istehsalçıların reklamları dayandırılıb. (ölkə.az)