AİDS-lə mubarizədə tarixi zəfər

4 İyul 2013 17:43 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Sümük iliyi nəqli edilən iki xəstənin bədənində, HİV izinə rast gəlinməyib. ABŞ-ın Boston şəhərindəki "Brigham and Woman "Xəstəxanası AIDS xəstəliyinin müalicəsində cığır açacaq bir üsul kəşf edib. Sümük iliyi nəqli edilən HİV daşıyıcısında, dərmanı istifadə etməmələrinə baxmayaraq virus izinə rast gəlinməyib. İngilis Daily Mail qəzetinin xəbərinə görə qan xərçəngi müalicəsi üçün, təxminən 30 ildir HİV ilə yaşayan xəstələrdən birinə 2, digərinə 5 il əvvəl sümük iliyi nəqli edilib. Həkimlər HİV daşıyıcılarının bədənlərində virusun yox olduğunu bildirib. Araşdırma qrupundan Dr. Timothy Henrich, üsulu başqa HİV daşıyıcılarında da sınayacaqlarını açıqlayıb.