Koronavirusa yoluxanların sayı 200 min nəfəri keçdi

18 Mart 2020 14:25 (UTC+04:00)

Dünyada koronavirusa yoluxanların sayı 200 min nəfəri ötüb.

Mövqe.az Trend-ə istinadən xəbər verir ki, son bir neçə saat ərzində Almaniyada 510, Malayziyada 117 yoluxma faktı qeydə alınıb.

Ümumilikdə, qlobal olaraq koronavirusa yoluxanların sayı 200 097 nəfər təşkil edib.

8 010 nəfər isə virusun qurbanı olub.