Çin koronavirus vaksininin sınaqları üçün könüllü axtarır

18 Mart 2020 14:32 (UTC+04:00)

Çin koronavirus vaksininin sınaqları üçün könüllü axtarır.

Bunu Çinin Mühəndis Elmləri Akademiyasının üzvü Van Tszyunçji bəyan edib.

O qeyd edib ki, hazırda klinik sınaqların başlanması üçün sənədlər hazırlanır.

"Ölkəmiz koronavirusa qarşı mübarizədə beynəlxalq aləmdə liderlərdən biridir", - deyə V.Tszyunçji bildirib.