17 aylıq körpəyə dikdaban ayaqqabı

4 İyul 2013 18:20 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, ABŞ-lı müğənni Beyons internet saytında dizayner Tom Fordun imzasını daşıyan çəhrayı rəngli, dikdaban körpə ayaqqabısı fotoşəkilləri paylaşıb. Movqe.Az-ın məlumatına görə, Beyonsun, Forda 17 aylıq qızı üçün bu ayaqqabılardan sifariş etdiyi iddia edilib. Musiqi dünyasının ən güclü cütlüklərindən biri olan Beyonce və repçi həyat yoldaşı Cey-Zi ümumilikdə 750 milyon dollarlıq sərvətə sahibdir.