Hadisənin ailəsində ağır itki

18 Mart 2020 16:18 (UTC+04:00)

Türkiyənin məşhur müğənnisi Hadisənin ailəsində itki baş verib. 

Mövqe.az  xəbər verir ki, müğənni Hadisə sosial şəbəkə hesabından xaricdə yaşayan xalasının öldüyünü və koronavirus səbəbiylə sərhədlər bağlı olduğu üçün cənazəsinə gedə bilmədiyini söyləyib. 

Belə ki, müğənni “ikinci anam” adlandırdığı xalasının cənazəsinə gedə bilmədiyi üçün sosial şəbəkədə kədər hisslərini paylaşıb.