Castin Bieberdən əzələ şousu

4 İyul 2013 18:17 (UTC+04:00)

Mövqe.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu yaxınlarda verdiyi konsertin ardınca İnstaqramda fotoşəkillərini paylaşan Castin Bieber əzələlərini nümayiş etdirib. Yaşına görə kiçik görünən Bieber, bu fotoşəkillərlə sanki böyüdüyünü sübut etmək istəyir. 


İngilis qəzeti "Daily Mail"-in xəbərinə görə, gənc qızların sevimlisi Bieber üst geyimsiz olduğu fotoşəkillərdə qarın əzələləri ilə yanaşı, artan döymələrini də göstərib. Bieberin rum rəqəmləri, tac, balıq, pələng və mələk döymələri var.