Dövlət Radiotezliklər İdarəsində koronovirusa qarşı dezinfeksiya işləri aparılır

18 Mart 2020 20:15 (UTC+04:00)
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində (DRİ) koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı zəruri tədbirlər davam etdirilir. Koronavirusun yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə idarənin əsas binasında və məntəqələrdə iş otaqları, foye və konfrans zallarında dezinfeksiya işləri həyata keçirilir, o cümlədən pilləkənlər, idarənin girişində quraşdırılmış turniketlərin xüsusi dərmanlanması işləri görülür. Koronavirusla bağlı əməkdaşlar arasında mütəmadi maarifləndirmə işləri aparılır. Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyələri əsasında xəstəliyin simptomları və onun yayılmasının qarşısının alınması yolları haqqında əməkdaşlar məlumatlandırılırlar.