Bakıda 48 yaşlı kişi qonşusu tərəfindən qətlə yetirildi

19 Mart 2020 11:15 (UTC+04:00)

Bakıda qətl hadisəsi baş verib.

Mövqe.az-ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Dağlıq küçəsində qeydə alınıb. Həmin küçədə ev 24, mənzil 17-də yaşayan 1972-ci il təvəllüdlü Bujdelyev Viktor Vladimiroviç çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya gətirlib və orada ölüb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, V.Bujdelyevi qonşusu, Dağlıq küçəsi ev 24 mənzil 21-də yaşayan 1956-cı il təvəllüdlü Əliyev Faiq Allahyar oğlu bıçaqlayıb. F.Əliyev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.