Bakıda zəncirvari qəza olub

5 İyul 2013 11:05 (UTC+04:00)

Qaradağ Rayon Polis Şöbəsindən Mövqe.az-a verilən məlumata görə, hadisə Bakı dairəvi yolunda qeydə alınıb. Qəza zamanı Bakı –Qazax istiqamətində hərəkət edən xətt avtobusu, "Ford" markalı yük maşını, "AZPETROL" şirkətinə məxsus təhlükəli maye daşıyan maşın toqquşub. Qəza zamanı bir nəfər azyaşlı uşaq xəsarət alıb. Hadisə zamanı ərazidə böyük tıxac yaranıb.

 

Faktla bağlı araşdırma aparılır.