Orqanizmi viruslardan qoruya bilən ərzaqlar – AÇIQLANDI

19 Mart 2020 18:57 (UTC+04:00)

İspan qəzeti La Vanguarda ispan həkimlərinin virusa qarşı immunitetə kömək etmək gücündə olan qida məhsullarının siyahısını dərc edib.

Mövqe.az medicina.az-a istinadən həmin məhsulları təqdim edir.
Siyahıya həmişə olduğu kimi sarımsaq başçılıq edir.

O, antibakterial, antivirus və göbələk əleyhinədir.

Daha sonra badam, qarağat, toyuq əti, bulyonu, şirin kartof, brokkoli, kələm gəlir.

Qara şokolad, nar, kivi, sitrus meyvələri, sünbül, dəniz məhsulları da viruslar dövründə bol yeyilməlidir.