Avropa fond indeksləri yüksəlib

5 İyul 2013 11:48 (UTC+04:00)

Avropa fond bazarlarında iyulun 4-də FTSE 100 indeksi 3,1% - 6 422 bəndədək, Almaniya DAX-ı 2,1% - 7 994 bəndədək, Fransa CAC-40-ı 2,9% - 3 809 bəndədək yüksəlib. "APA-Economics"in məlumatına görə, Avropa fond indekslərinin yüksəlməsinə Avropa Birliyi və Böyük Britaniyanın mərkəzi banklarının rəhbərliyinin bəyanatları təsir edib. Bu qurumlar ABŞ-dan fərqli olaraq iqtisadiyyatın stimullaşdırılması proqramlarının dayandırılması məsələsinin gündəmdə olmadığını vurğulayır.

 

Qeyd edək ki, iyulun 4-də Müstəqillik Günü ilə əlaqədar Amerika fond bazarında əməliyyatlar aparılmayıb. Əvvəlki ticarət günü nəticəsində isə Dow Jones indeksi 0,4% - 14 989 bəndədək, S&P 500 0,1% - 1 615 bəndədək, Nasdaq 0,3% - 3 444 bəndədək yüksəlib.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% azalaraq 1 243,4 dollara bərabər olub.

 

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2901 (-0,1%) dollar təşkil edir.