Türkiyədə futbol liqaları dayandırıldı

19 Mart 2020 19:56 (UTC+04:00)

Türkiyə liqalarının oyunları dayandırılıb.

Goal.az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin (TFF) iclasında qərar qəbul olunub.

İddiaya görə, Superliqa da daxil olmaqla, ölkə çempionatlarında bir ay müddətinə bütün matçlar təxirə salınıb. Rəsmi açıqlamanı TFF prezidenti Nihat Özdemir və gənclik və idman naziri Mehmet Muharrem Kasapoğlunun verəcəyi gözlənilir.

Qeyd edək ki, daha əvvəl Türkiyədə futbol matçlarının azarkeşsiz keçirilməsinə qərar verilmişdi.