Bakıda avtobus, yük maşını və yanacaq daşıyan avtomobil toqquşub

5 İyul 2013 11:56 (UTC+04:00)

Bakıda zəncirvari qəza baş verib.


Qaradağ Rayon Polis Şöbəsindən Movqe.az -a verilən məlumata görə, hadisə Bakı Dairəvi Yolunda qeydə alınıb.

 

Qəza zamanı Bakı-Qazax istiqamətində hərəkət edən sərnişin avtobusu, "Ford" markalı yük maşını və "Azpetrol" şirkətinə məxsus təhlükəli maye daşıyan maşın toqquşub.

 

Qəza zamanı bir uşaq xəsarət alıb. Hadisə ilə əlaqədar ərazidə böyük tıxac yaranıb.

 

Faktla bağlı araşdırma aparılır.