Milan-ın hücumçusuna şok cəza

19 Mart 2020 22:23 (UTC+04:00)

Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) "Milan"ın futbolçusu Rafael Lyeaonu sabiq klubu "Sporting"ə 16.5 milyon avro ödəməsi ilə bağlı qərar verib.

Goal.az xəbər verir ki, buna səbəb 20 yaşlı hücumçunun 2018-ci ildə "Lille"ə keçərkən Portuqaliya təmsilçisi ilə müqaviləni təktərəfli ləğv etməsidir. "Sporting" 2019-cu ildən "Milan"da çıxış edən futbolçudan 45 milyon avro tələb etsə də, məhkəmə Rafael Lyeaonu 16.5 milyon avro məbləğində cəzalandırıb.

Xatırladaq ki, 2018-ci ilin mayında "Sporting" azarkeşləri klubun bazasına daxil olaraq futbolçuları döymüşdülər. Lyeao və bir sıra oyunçu bu hadisədən sonra komandanı tərk etmişdi.