Iki rayonda qaz olmayacaq

5 İyul 2013 12:35 (UTC+04:00)
Nəsimi və Yasamal rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq bu gün 05 iyul tarixdə saat 10:00-dan 18:00-dək "Alatava" Qazpaylayıcı Stansiyasından qidalanan "Mikrorayon 500 mm-lik" orta təzyiqli qaz kəmərindən qaz təchizatı dayandırılacaq. Təmir işləri aparılan müddətdə Nəsimi və Yasamal rayonlarının bir hissəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.