Barcelona futbolçuların maaşını azaldır?

21 Mart 2020 12:57 (UTC+04:00)

Barcelona futbolçularından maaşlarının azaldılmasına razılıq verməyi xahiş edə bilər.

Goal.az AS-a istinadən xəbər verir ki, koronavirus səbəbindən çempionatdakı yaranmış fasilə nəticəsində Kataloniya klubuna maddi zərər dəyib.

Bildirilir ki, maddi zərəri aşağı salmaq üçün klubun prezidenti Jozep Bartomeunun oyunçulara maaşlarının azaldılmasını təklif etməsi mümkündür.