Koronavirusa yoluxan aktrisa sevgilisindən ayrıldı

21 Mart 2020 22:57 (UTC+04:00)

Bir neçə gün əvvəl 40 yaşlı aktrisa Olqa Kurilenka koronavirusa yoluxması haqda açıqlama verib.

Mövqe.az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa 31 yaşlı sevgilisi Ben Kuroyla ayrılıb. Üç ildir birlikdə olan sevgililər dost kimi münasibətlərini davam etdirəcəklərini bildirib.

Olqa bildirib ki, hazırda olduğu vəziyyət onu depressiyaya salıb. O, sevgilisindən uzaq qalmağı dilədiyini vurğulayıb.