DTX Koronavirusla Mübarizəyə Dəstək Fonduna 800 min manat vəsait köçürüb

22 Mart 2020 17:24 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 800 min manat məbləğində vəsait köçürülüb.

Mövqe.az-ın məlumatına görə, həmin vəsaitin köçürülməsi Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının könüllü istəyi ilə onların aylıq pul təminatı hesabına həyata keçirilib.