Müdafiə Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

23 Mart 2020 11:03 (UTC+04:00)

Müdafiə Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Mövqe.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin rəhbərliyi bir aylıq pul təminatının 50 % həcmində vəsaiti Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.