Cəlilabadda 4 otaqlı ev yandı

23 Mart 2020 18:04 (UTC+04:00)

Cəlilabad rayonunun Uzuntəpə kəndində ümumi sahəsi 180 m2 olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin ikinci mərtəbəsində 2 otağın yanar konstuksiyaları 20 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.